Mojo.az Banner
13:11 Binəqədidə maşın qaçıran şəxs saxlanıldı  |     13:03 Tanınmış həkim Ədalət Rüstəm vəfat etdi  |     23:01 Bu balıq bir neçə ay oksigensiz yaşaya bilər: Bunu necə edir?  |     22:56 Bakıda mobil internetin vəziyyəti necədir?  |     22:50 Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?  |     22:42 Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq  |     22:35 İsveçrə Rusiyaya görə beş azərbaycanlıya sanksiya tətbiq etdi  |     22:30 Şənbə günü sulu qar yağacaq  |     22:23 "Porsche"nin satışları 10 faiz azaldı  |     22:18 Gəncədə 73 yaşlı qadını maşın vurdu  |     22:10 "Hamı qorxu içindədir, şikayət edirik, eşidən yoxdur" - Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradıb (Video)  |     21:57 Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blua şəhərində "Səbzi plov" maraqla qarşılanıb  |     21:54 Münhen Təhlükəsizlik Konfransı İran XİN rəhbərinə dəvətini geri götürüb  |     21:44 Türkiyə Ermənistanla sərhəd məntəqəsini bu tarixdə açacaq  |     21:37 Naməlum Antarktida: Buz təbəqəsinin altında nələr var?  |     21:29 Dövlət Xidməti 3 ədəd avtomobil alır - QİYMƏT  |     21:22 Daha bir ərazidə piyada zonası yaradılır - Video  |     21:09 ABŞ-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək  |     20:54 Niyə müasir uşaqlar 10 il əvvəlkindən daha tez-tez xəstələnir? - Həkimdən açıqlama  |     20:49 Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Ben Ladenin anası ilk dəfə danışdı: “O yaxşı uşaq idi, beynini yudular”

03.08.2018 17:49 2 547
Ben Ladenin anası ilk dəfə danışdı: “O yaxşı uşaq idi, beynini yudular”
Əl Qaidə terror təşkilatının keçmiş rəhbəri Usamə Ben Ladenin anası Aliyə Qanem ilk dəfə müsahibə verib.

Qadın Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində oğlununuşaqlıqda çox yaxşı insan olduğunu bildirib:

“Mənim həyatım çox çətin keçib. Ona görə ki, oğlum hər zaman məndən uzaqda olub. O, çox yaxşı uşaq idi və məni çox sevirdi”.

Onun sözlərinə görə, Usamanı üç yaşından ikinci həyat yoldaşı olan, oğlunun ögey atası Məhəmməd Attas böyüdüb:

“O, yaxşı uşaq idi, universitet vaxtı qarşısına çıxan şəxslər onun beynini yudu. Oğlum 20 yaşında onun beynini yumağa kömək edən insanlara rast gələnə qədər… Siz bunu dini amil adlandıra bilərsiniz. Onlar bu işə görə pul alırdılar. Mən hər zaman ona deyirdim ki, bu adamlardan kənar dayan, o isə heç bir zaman mənə nə etdiyini demirdi. Bunun səbəbi isə onun məni çox sevməsi idi. Mən təsəvvür edə bilmirdim ki, Usama cihadçı ola bilər və bunu görəndə çox təəssüflənmişdim”.

Hazırda Aliyə Qanem ilə birlikdə Ciddə şəhərində terrorçunun qardaşları Qanem Əhməd və Qanem Həsən, eləcə də, ikinci əri Məhəmməd əl-Attas yaşayır.

Aliyə Qanemin digər oğlu Qanem Əhməd isə anasının hələ də Usamanı terrorçu kimi tanımadığını deyib:

“11 sentyabrdan 17 il keçib və anam hələ də Usamanı inkar edir. O, yalnız Usamanın bizim hamımızın gördüyü yaxşı tərəflərini dərk və qəbul edir. O, Usamanı elə çox sevirdi ki, oğlunu günahlandırmaqdan imtina edirdi. Onun yerinə isə ətrafdakıları ittiham edir. O, ancaq həmin oğlanın yaxşı tərəfini bilir.

11 Sentyabr baş verəndə bizim ailə bilirdi ki, bunun arxasında qardaşımız Usama dayanır. Mən heyrətə düşmüşdüm. Bu, qəribə hiss idi. Biz ilk 48 saatda bunun Usama tərəfindən törədildiyini öyrəndik. Bizim ailənin kiçiyindən böyüyünə qədər hər kəs Usamaya görə utanırdı. Sonuncu dəfə Usamanı 1999-cu ildə Qəndahardakı bazalardan birinin yaxınlığında gördük. O vaxtdam ölənə qədər onunla görüşə bilmədik”.

Qeyd edək ki, Usama Ben Ladenin anasından müsahibə şəxsən Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın icazəsindən sonra alınıb. Bu ailə hələ də Səudiyyə Ərəbistanının ən nüfuzlu ailələrindən biri sayılır. \Unikal.orgскачать dle 11.3