“Pakrov Məhərrəm” kimdir? On minlərlə azərbaycanlının yolunu gözlədiyi adam… (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |    

“Pakrov Məhərrəm” kimdir? On minlərlə azərbaycanlının yolunu gözlədiyi adam… (FOTO)

Məhərrəmin həbs olunmasına ən çox sevinənlər ermənilər olub…

Söhbət məhşur iş adamı “Pakrov Məhərrəm” kimi tanınan Məhərrəm Novruz oğlu Quliyevdən gedir.  2 mart 1966-cı ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olan Məhərrəm  Novruz kişinin 5 övladından oğlanlarının ən böyüyüdür.  Çox sonralar öz vəsaiti ilə əsaslı təmir etdirəcəyi Çinarlı kənd orta məktəbtəbini əla qiymətlərlə başa vursa da, universitetdə oxumaq arzusunu reallaşdıra bilmədi. Sovet ordu sıralarında 1984-86 cı illərdə Vladimir vilayətində xidmət etdikdən sonra Şəmkirə qayıdan Məhərrəm az keçmir Ukraynaya, daha sonralar isə Rusiyaya üz tutası olur.

Taleyin yazısı ilə soyuq-şaxtalı Rusiya və Ukraynada biznes sarıdan bəxti gətirir. Sovetlər dağıldıqdan sonra yaranan boşluqların və iqtisadi əlaqələrin yenidən bərpası üçün fərasətli iş adamı kimi Azərbaycan və Orta Asiya respublikalarından Rusiya bazarlarına meyvə və tərəvəzin çatdırılması üçün asan yollar arayıb tapır. Və bunun da müqabilində 90 cı illərin sonlarında Rusiyanın ən böyük meyvə bazarı olan “Pakrov” adlanan nəhəng meyvə satışı bazasının yaranmasında rol oynayır. Bu BAZADA TƏXMİNƏN 30 MİN AZƏRBAYCANLININ iş tapmasına səbəbkar olur. Əslində ” Pakrov”  dağıstanlıların olsa da, əsas icraçı direktor Məhərrəm Quliyev idi.  Yaratdığı müasir marketinq nəzarətindən tutmuş mühafizə və ictimai iaşə obyektlərinə qədər gəlirli sahələrdə də, azərbaycanlı iş adamlarının işləmələri üçün münbit şəraiti də Məhərrəm yaratmışdı.  Onu da qeyd etmək yerinə düşər ki, Pakrov Bazasında hüquq şirkətləri də fəaliyyət göstərirdi ki, bu da azərbaycanlı iş adamlarının sənəd məsələlərini daha tez, xususilə, pulsuz olaraq həll edirdilər. Bu isə bazada çalışan iş adamlarını bürokratik əngəllərdən xilas edirdi.

Haşiyə: Əslində  Məhərrəm haqqında yazı yazmaq fikrinə düşməyimin səbəbi Moskvada təsadüfən rastlaşdığım ortabab bir jurnalist-yazıçı tanışım oldu.  90-cı illərin ortalarında  “Ədalət ” qəzetində çalışarkən  (“Ədalət” qəzeti “Azərbaycan ” nəşriyyatında yerləşir) nəşriyyatdan tanıyırdım. Bir az solğun olan tanışımla söhbət əsnasında öyrəndim ki, Moskvaya  Pakrov Məhərrəmin yanına gəlibmiş.  Amma o həbs edildiyindən görüşə bilməyib və indi olduqca çətin duruma düşüb. Və ən acınacaqlısı odur  ki, ona heç kim sahib durmadığından küçələrdə qalmışdı.  (Düzdür təvazökarlıqdan uzaq olsa da bildirim ki, əslən Şəmkirdən olan dostum- hamının “Edik” adlandırdığı Elxan İskəndərovla görüşərək, onun köməkliyilə tanışımın problemini yoluna qoydum…..) və təsadüfdən məndə yaranan maraq, əvvəllər tanımadığım  “Pakrov Məhərrəm” haqqında yazmaq arzusunu yaratdı ..

Beləliklə “Pakrov bazası” məhşur “Orxan konflikti”ndən sonra dağılır. Bu bazanın dağılması ilə bir müddət işsiz qalan azərbaycanlı iş adamları müəyyən mənada maddı ziyana düşürlər. Bu zaman Məhərrəm Quliyevin marketinq bacarığı özünü göstərir. Moskvanın cənubunda yeni salınan “Fud Siti”  adlanan Meyvə-tərəvəz bazasının  rəhbərliyilə aparılan danışıqlar nəticəsində Məhərrəm işsiz qalan soydaşlarımız üçün yenidən  şərait yaradır. İnsafən onu qeyd etmək yerinə düşər ki, 154 hektar ərazini əhatə edən bu ticarət müəssəsi dünyada ən böyük meyvə bazarıdır və soydaşlarımız üçün əlverişli iş yeri sayılır.  Ərazisi 177 futbol sahəsi olan bu nəhəng ticarət müəssisəsi əslən Azərbaycandan olan məhşur iş adamı yəhudi əsilli Qod Nissanova –Zarax İliyevə məxsusdur.  Olduqca bacarıqlı olan Məhərrəmə isə “Fud Siti”nin rəhbərliyi tərəfindən etimad göstərilərək bazanın bir hissəsinin icraçı direktorluğu təklif olunur. Məhərrəmin bacarıqlı iş admı kimi situasiyanı düzgün qiymətləndirməsi və eləcə də Azərbaycan və orta Asiya Respublikalarından Moskvaya gətirilən meyvə-tərəvəzin  vaxtında və səliqəli olaraq satışının təşkilini bilməsi öz sözünü deyir. Əgər “Pakrov Bazası”nda 30 min azərbaycanlı işlə təmin edilmişdisə bu gün “Fud Siti”də 45 min soydaşımız işlə təmin edilib desək yanılmarıq.  Düzdür, bütün rəhbərlik və idarəetmə əslən Azərbaycandan olan yəhudi əsilli iş adamı Qod Nisanov və Zarax  İliyev tərəfindən həyata keçirilir. Amma Cənab Nissanovun  və İliyevlərin Məhərrəmin iş adamı kimi bacarığına qiymət verməsi öz sözünü demiş oldu.  Ümumiyyətlə, Məhərrəmin iş adamı kimi uğur qazanması təkcə onun nailiyyəti deyildi. Bu həm də yüzlərlə-minlərlə soydaşımızın əlinin pula çatması demək idi.



”Fud Siti”də olarkən ilk əvvəl onu tanıyan, əsasən də qohumları ilə görüşmək istədim. Amma sonra bu fikrimdən vaz keçərək, ilk qarşıma keçən tanımadığım sadə soydaşlarımıza üz tutdum. “Futi Sitidə” qarşıma ilk çıxan  adama sualım belə olur:

– Qardaş, Məhərrəmi tanıyırdın?

Cavab məni heyran edir:

– Qardaş, bu nə sualdır verirsən, o burda camaatın  əlini çörəyə yetirən olub. – deyə məni sorğu suala tutur.

Aydın olur ki, bu adam  ömründə ilk dəfə bu bazara 3 gün əvvəl Azərbaycandan gəlib. Salyanın Qarabağlı kəndində İstixanası olan əslən Yevlaxdan olan Həsən Kazımovdur. Kimliyimi bildikdən sonra həmsöhbətim mənə Məhərrəmlə bağlı çox qiymətli bilgilər verir və məni burada uzun müddət çalışan iş adamları ilə tanış edir. Tanış olduğum adamlardan biri əslən Balakən rayonundan olan və özü də Məhərrəmlə 1984-86 cı illərdə əskəri xidmətdə olan Şükrayev Osman və İbrahim kişi olur.



Osmanla söhbətimiz olduqca maraqlı keçdi. Bildirdi ki, əskərlikdə necə sadə və təvazökar adam idisə indi də Məhərrəm elə adamdır. Heç dəyişməyib.  Bir az keçmişlərə, 30-40 il əvvələ qayıdan Osman dedi ki, o vaxt yeməyini belə əskər yoldaşları ilə bölüşməyi bacaran bu adam nə qədər varlansa da keçmişini unutmayan insandır. Söhbət əsnasında Osmana bir telefon zəngi gəldi. Bu əslən Lənkərandan olan və Məhərrəmlə birlikdə əskəri xidmətdə olan Nəsirov Nazif oldu. Düzdür, Nazif  müəyyən səbəblərdən mənimlə görüşə bilməsə də  çox maraqlı xatirə şəkillərini mənə göndərdi. Bu şəkillər 30-40 il əvvəl birlikdə əskəri xidmətlərindən xatirə qalan əskərlik şəkilləri oldu. Nazif də Məhərrəmi sadə, təvazökar və mərd bir dost kimi xarakterizə etdi.



İbrahim Əsgərzadə isə Məhərrəmmlə bir sinifdə oxuyublar. Deyir ki, qardaş bu adam 1-ci-sinifdən 10-cu sinifə qədər hansı xarakterdə olmuşdusa bu gün də o xarakterdə və o xasiyyətdədir. Bu adamı nə pul, nə də mənsəb dəyişməyib. Tural əslən Şəmkirdəndir. Bu bazada administrativ işdə çalışır. Deyir ki, Məhərrəm müəllimin sayəsində burda özünə iş tapıb, ailəsini dolandırır. Onu özünə mənəvi ağsaqqal sayan Tural, Məhərrəm müəllimi gözəl rəhbər və idarəetmədə ondan asılı olan işçilərə qarşı qayğıkeş adam kimi xarakterizə etdi. “Fud Siti” də çalışan Nəcəf Abbasov Məhərrəm müəllimi uşaqlıqdan tanıdığını bildirərək onun haqqında  böyük qəlbli insan kimi, həm rəhbər, həm də, hami kimi ürək dolusu danışdı. Daha kimlərlə görüşmədim?! Çoxu da adının yazılmamasını təvəqqe etdilər. Söhbət edib dərdləşdiklərimiz  -Azərbaycanımızın bütün arealını əhatə edən soydaşlarımız oldu. Ağstafadan tutmuş, Hacıqabula, Salyandan –Lənkərana, Ağcabədidən-Tərtərə,  Şəmkirdən-Qubayadək bütün bölgələrəmizdən bura iş dalınca gələnlərin hamısı bir ağızdan dedilər ki, Məhərrəm kişi adam olub.

Azərbaycan futbolunun köklü klublarından olan “Kəpəz”in vaxtilə məşqçisi olan Mehman Hacıyevi də “Futi Siti”də təsadüfən görməyim olduqca yerinə düşdü. Məhərrəmi tanıyan birisi kimi Mehman mənə çox mətləbləri  anlatdı. Bildirdi ki, Məhərrəm Şəmkirin Çinarlı kəndində Heydər Əliyev Fondunun vəsaiti ilə əsaslı təmir edilən və özünün də oxuduğu orta məktəbi invertarlarla təmin edib. Kəndlərində uşaq baxçasının təmirini, məscid tikintisini, kəndarası yolların təmirini də öz vəsaiti hesabına yerinə yetirib. İdmanın inkişafına isə Məhərrəmin xüsusi qayğısı-diqqəti olub. Mehman onu da bildirdi ki, Dünya və  Avropa  çempionatlarında çıxış edən onlarla Azərbaycan oğluna Məhərrəm sponsorluq edib.  Daha nələr söyləmədilər bu 52 yaşlı adam haqqında…



Bu arada “Fud Siti” də olarkən bildim ki, Azərbaycan mediasına da Məhərrəm biganə olmayıb. Xoşqədəm Hidayətqızının Rusiyadan hazırladığı bir neçə verilişin baş tutmasında, “”Salam Azərbaycan ” və s. verilişlərin də ərsəyə gəlməsi üçün əlindən gələn maddi yardımları belə əsirgəməyib Məhərrəm. Ona yaxın dostlarından biri Məhərrəmin ofisində bu gün də saxlanılan və  onun sponsorluğu ilə Azərbaycanda çap olunan 126 kitabı mənə göstərdikdə bu adamı yenidən KƏŞF etdim. ….

Onun həbsinə də dostları-tanışları əslində adi baxırlar. Deyirlər ki, bu hansısa anlaşılmazlıqdır. Və inanırlar ki, o qayıtdıqdan sonra hər şey həmin yerdən, qaldığı yerdən  DAVAM  edəcək.

P.S.: Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyində çalışan, yüksək vəzifəli diplomatımızdan da öyrəndim ki, Məhərrəm Quliyev 11 aprel 2018-ci il prezident seçkiləri günündə “Fud Siti”də  çalışan yüzlərlə soydaşımızın Səfirliyə gələrək  səsvermədə iştirak etmələrini təmin edib. Bu isə onun Dövlətçiliyimizə bağlı adam olmasına dəlalət edir.

 

P.S.S.: Əslində bu yazının yazılmasında bir məqsədimdə var. Onu gizlətmirəm. Biz çox vaxt DƏYƏRlərimiz olan və qabağa çıxaraq bir çox nailiyyətlərə imza atan bacarıq sahibi həmvətənlərimizə yeri gəldi-gəlmədi çamur belə atmaqdan utanmırıq. Xatırladım ki, həm Azərbaycan mətbuatında, həm də  Rusiya mətbuatında bu adamı “kriminal avtoritet” kimi qələmə verən sapı özümüzdən olanlara da rast gəlmək olur. Amma, vallahi, burada olarkən bu adam haqqında eşitdiklərim məni “həmkarlarım” olanların əvəzinə utandırdı. Hə, yəqin çoxlarınız onu da bilmirsiniz ki, Məhərrəmin həbs olunmasına ən çox sevinənlər ermənilər olub.Qaynarinfo




























//qafqazxeber.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 989 26.05.18 13:33