Mojo.az Banner
18:48 Sabah ilin ilk Günəş tutulması olacaq  |     18:36 Həmyaşıdının üstünə spirt töküb yandırmışdı - Tutuldu  |     18:32 Bakıda evdən meyit tapıldı  |     18:23 TƏBİB-in icraçı direktoru vəzifəsinə namizəd kimi göstərilən şəxs infarkt keçirdi  |     18:21 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:57 "Crocus City Hall" terrorçularının məhkəməsi: Dörd nəfərin təqsiri təsdiqləndi  |     17:43 Əli Kərimli və Məmməd İbrahim barəsində qərar qəbul olundu  |     17:34 Qobuda IX sinif şagirdi yaşıdına xəsarət yetirdi: Məktəbdən AÇIQLAMA  |     17:23 Türkiyədə kömür mədənində FACİƏ - Dörd nəfər dağıntılar altında qaldı  |     17:15 Azərbaycanın Ermənistana satdığı məhsulların dəyəri açıqlanıb  |     17:06 Yeni açılacaq Bakı-Belqrad reysinin qiyməti bilindi  |     17:05 "Lukoil"in operatoru növbə rəisinin pulunu oğurlayıb  |     17:02 Siyəzən icra başçısından QEYRİ-ADİ QƏRAR: Bir ay əvvəl vəzifə verdiyi şəxsi İŞDƏN ÇIXARDI  |     17:01 "Yuxa"da YOXLAMA: Məşhur restoranın işi dayandırıldı - Video  |     16:58 Cəlilabadda 62 yaşlı kişi QƏTLƏ YETİRİLDİ: Kürəkəni saxlanıl​​​dı  |     16:55 Azərbaycanda bəzi şəxslərin hərbi xidmət müddəti altı dəfə AZALDILIR  |     16:53 Terror barədə yalan məlumat verənə hökm oxundu  |     16:51 "Telegram"da rekord sayda kanal və qrup bağlandı  |     16:46 "Şamaxinka"da hərəkət yenidən təşkil edilir - VİDEOQRAFİKA  |     16:41 Əli Əhmədovun oğluna YÜKSƏK VƏZİFƏ verildi - FOTO  |    
Left Banner
Right Banner

Evdə steril təmizliyin gözlənilməz təhlükəsi aşkarlandı

23.05.2018 11:47 4 808
Evdə steril təmizliyin gözlənilməz təhlükəsi aşkarlandı
Uşaqlarda kəskin limfoblast leykozu əksər hallarda genetik meyl və ətrafın həddindən artıq steril olması ilə əlaqəli olur.

Britaniyalı alimlərin elmi işinin nəticələri “MedicalXpress”də dərc olunub.

Tədqiqatçılar limfoblast leykozla bağlı onlarla elmi işin meta-analizini aparıb və belə bir nəticəyə gəlib ki, bu xəstəyilin formalaşması iki mərhələdə baş verir.

Əvvəl genetik mutasiya nəticəsində (beş faizli ehtimalla) embrionda bu xəstəliyə meyl yaranır. Daha sonra hər hansı adi xəstəlik, məsələn soyuqdəymə kəskin limfoblast leykoza yol açır.

Elmi işin müəlliflərinə görə, ilk illərini steril şəraitdə keçirmiş, həmyaşıdları ilə təmasdan qaçınmış və ictimai yerlərdə nadir hallarda olmuş uşaqlar bu xəstəliyə tutulmağa daha həssasdır.

Körpələr evinə və uşaq bağçasına getmiş uşaqlarda isə əksinə limfoblast leykozuna tutulma riski əhəmiyyətli dərəcədə aşağı olub.

Alimlər sınaqları laboratoriya siçanları üzərində aparıb. Leykoza genetik meyli olan və steril şəraitdə böyüdülmüş gəmiricilər, adi şəraitdə böyüyən siçanlarla müqayisədə daha tez-tez xəstəliyə tutulub.

Tədqiqatın professoru Mel Qreyvs bu halı “irəliləyişin paradoksu” adlandırır. Onun sözlərinə görə, leykoza daha çox zəngin ailələrdə, uşaqların müxtəlif xəstəliklərlə az təmasda olduğu mühitdə rast gəlinir. Uşaqlar həmyaşıdları ilə az təmasda olduğundan onların immun sistemi xəstəliklərə qarşı bir növ “hazırlıq kursundan” keçmiş olmur ./oxu.azскачать dle 11.3
Mojo.az Banner