ABŞ və Rusiyanın qarşılıqlı şəkildə ölkədən çıxardıqları diplomatlarının yerinə yenilərini göndərə biləcəkləri açıqlanıb.
Median.Az-ın məlumatına görə, ABŞ-ın CNN televiziya kanalı adını açıqlamadığı Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşına istinadən məlumat yayıb ki, ölkədən çıxarılan diplomatların yerinə ABŞ və Rusiya bir-birlərinə yeni diplomatlar göndərə bilər.
Nazirlik işçisi qeyd edib ki, Rusiya ABŞ-dan diplomat sayını azalatmağı tələb etməyib.
“Bu isə ABŞ-ın Rusiyaya yeni diplomatlar göndərə biləcəyi mənasını verir”, - deyə adı açıqlanmayan yüksək vəzifəli şəxs deyib.