Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu Gömrük Məntəqəsində Türkiyə polisi tərəfindən keçirilən əməliyyat nəticəsində 40-a yaxın gömrük işçisi saxlanılıb.
Oxu.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxslər rüşvətxorluqla və qaçaqmalçılıqla məşğul olduqları üçün həbs olunub.
Iğdır Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən keçirilən əməliyyat nəticəsində Dilicu Gömrük Məntəqəsində çalışan işçilərin yaşadıqları mənzillər də axtarılıb.
Nəticədə sənədləşmələrdə saxtakarlıq, rüşvət və qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olduqları müəyyənləşdirilən 40 gömrük işçisi polislər tərəfindən saxlanılıb.
Hazırda həmin şəxslərlə bağlı istintaq işləri aparılır.