Avstriyada “Femen” fəalı Ukrayna prezidenti Pyotr Poroşenkoya etiraz olaraq, onun baş çəkdiyi Vyana balında aksiya keçirib.
Bu barədə “Femen”in “Facebook” səhifəsində məlumat verilir.
Fəal Alisa Vinoqradova qırmızı xalıya çıxaraq sinəsini açıb. Onun bədənində ingilis dilində “Poroşenko, get the f**k out of the Ball” (“Poroşenko baldan cəhənnəm ol”) şüarı yazılıb.
“Femen” bildirir ki, bu aksiya ilə dünya ictimaiyyətinə Poroşenkonun, əslində, kübar insanlar arasında olmağa layiq olmadığını bildirməyə çalışıb.
Məlumata görə, fəal Ukrayna lideri pilləkənlərlə eyvana qalxan anda soyunub.
UNİAN Ukrayna müstəqil informasiya agentliyi bildirir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun Avstriyanın Vyana balında iştirakı ölkənin dövlət büdcəsinə 800 min qrivinə başa gəlib.//oxu.az