Rusiya prezidenti Vladimir Putin xaç suyuna salma mərasimində iştirak edib.
Prezident Tver vilayətində yerləşən kişi monastrı “Nilo-Stolobenskaya”ya baş çəkib.
O, mənfi yeddi dərəcə şaxtada suya girib və çimib.
Bu haqda dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, bu il Rusiyanın mərkəzi hissəsində həmişəki şaxtalar müşahidə olunmayıb.