Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Koreya prezidentinin ölkədən kənara çıxmasına qadağa qoyula bilər

09.12.2024 21:31 2 037
Koreya prezidentinin ölkədən kənara çıxmasına qadağa qoyula bilər
Bazar ertəsi, dekabrın 9-da Cənubi Koreya polisi bildirib ki, bu yaxınlarda hərbi vəziyyətin elan edilməsi ilə bağlı ittihamların araşdırılması çərçivəsində prezident Yun Suk-Yolun xarici səfərlərinə qadağa qoyulmasını nəzərdən keçirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” məlumat yayıb.

Qeyd olunur ki, polis Yunun özünün dindirilməsini də istisna etmir.

"İstintaq mövzusunda heç bir şəxsi və ya fiziki məhdudiyyət yoxdur", - böyük polis zabiti Vu Çon Su brifinq zamanı bildirib.

"Associated Press”in məlumatına görə, əsas müxalifətdə olan Demokratik Partiya Yunun hərbi vəziyyət tətbiq etməsini "konstitusiyaya zidd, qanunsuz üsyan və ya çevriliş” adlandırıb və iddia edilən üsyanla əlaqədar Yun və keçmiş müdafiə naziri də daxil olmaqla ən azı doqquz nəfərə qarşı polisə şikayət edib.

Prezident vəzifədə olarkən, ümumiyyətlə, təqibdən immunitetə malik olsa da, bu, qiyam və ya dövlətə xəyanət ittihamlarına şamil edilmir.

Son xəbərlər