Suriyada hava məkanının bağlanması rejimi dekabrın 22-nə, dünya vaxtı ilə saat 19:00-a qədər (Bakı vaxtı ilə 23:00) uzadılıb.
Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ölkənin aviasiya hökuməti xəbər yayıb.
Əvvəllər oxşar qərar dekabrın 18-nə qədər qüvvədə idi.
Dispetçerlər təyyarə ekipajlarına lazım gəldikdə Amman, Beyrut və ya Nikosiya dispetçer xidmətləri ilə əlaqə saxlamağı tövsiyə ediblər.
18 dekabra qədər Dəməşq beynəlxalq hava limanı təyyarələrin qəbulu və göndərilməsi üçün bağlıdır. Hələb hava limanı dispetçer teleqramına əsasən dekabrın 17-də axşam saatlarına qədər işləmir.