Lavrov: Rusiya ABŞ ilə nüvə müharibəsi istəmir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:04 Ədalət Verdiyevin MƏHKƏMƏSİ - Bir ittiham üzərindən götürüldü  |     11:48 Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb (YENİLƏNİB)  |     11:33 Tanınmış sovet aktyoru vəfat edib - FOTO  |     11:29 Nikol Paşinyan Fransaya gedib  |     11:27 Azərbaycanda iş adamı qəfil vəfat etdi  |     11:19 Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ  |     11:18 Trampdan bir sentlik qəpiklərlə bağlı TAPŞIRIQ - Buraxılışı dayandırılır  |     17:06 Sahil Babayev karateçi olub - Nadir fotolar ortaya çıxdı (FOTO)  |     23:06 İTV-nin canlı yayımına haker hücumu oldu  |     22:52 İran valyutasından yeni antirekord  |     22:44 Babasının pulunu oğurladı, özünə telefon və paltar aldı  |     22:29 Fransada atışma: Ölən və yaralanan var  |     22:15 Taksi sürücüsü YAŞLI QADINI DƏLƏDUZLARDAN belə xilas etdi - VİDEO  |     21:52 İmişlidə yaşlı qadın sirkə turşusu içərək canına qəsd etdi  |     21:48 "Bizim mollalara baxanda qorxursan, bu, İslam deyil"  |     21:36 80 yaşlı Vanq Vanlin 700-dən çox uşağı xilas etdi  |     21:33 "Real Madrid" hər oyundan 10 milyon avro qazanacaq  |     21:31 Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     21:12 Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var  |     20:57 Sumqayıtda ana və övladı dərmandan zəhərlənib  |    

Lavrov: Rusiya ABŞ ilə nüvə müharibəsi istəmir

Rusiya ABŞ ilə nüvə müharibəsi istəmir və bunun qarşısını almaq üçün hər şeyi edir.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

"ABŞ ilə nüvə xarakterli ola biləcək müharibə barədə düşünmürük. Hərbi doktrinamız deyir ki, ən başlıcası nüvə müharibəsindən qaçmaqdır”, - Lavrov deyib. “Xatırladım ki, 2022-ci ilin yanvarında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün liderlərinin bir-birimizin təhlükəsizlik maraqlarını və qorxularını tanıyaraq hörmət edərək aramızda qarşıdurmanın qarşısını almaq üçün hər şeyi edəcəyimizi bildirən birgə bəyanatının təşəbbüskarı olmuşuq. Bu, bizim təşəbbüsümüz idi".

Lavrovun sözlərinə görə, Moskva Vaşinqtonla normal münasibətlər qurmaq istəyir və ölkələrin əməkdaşlıq edə bilməmələri üçün heç bir səbəb görmür. "Mən belə deməzdim. Hər halda, istədiyimiz bu deyil. Əlbəttə, biz bütün qonşularımızla normal münasibət qurmaq istərdik. Ümumiyyətlə, bütün ölkələrlə, xüsusən də ABŞ kimi böyük bir ölkə ilə", - XİN rəhbəri Rusiya və ABŞ-nin müharibə vəziyyətində olub-olmadığı sualına cavabında deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            285 06.12.24 19:21