Məşhur yazıçı bu qiymətli metalı almağı tövsiyə etdi - Bahalaşacaq... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

Məşhur yazıçı bu qiymətli metalı almağı tövsiyə etdi - Bahalaşacaq...

"Zəngin ata Kasıb ata" kitabının müəllifi Robert Kiyosaki gümüşün qiymətinin unsiya üçün 50 dolları keçməmiş bu metala investisiya etməyi tövsiyə edib.

Median.Az xəbər verir ki, o, bu məsləhəti X sosial şəbəkəsindəki (keçmiş Tvitter) səhifəsində paylaşıb.
 
Dekabr gümüş fyuçersləri 23 oktyabr çərşənbə günü 3%-dən çox ucuzlaşıb. Bakı vaxtı ilə saat 18:18-ə olan məlumata görə, qiymətli metalın bir unsiyasının qiyməti 33,892 dollar (-3,24%) təşkil edib. Bunu ticarət məlumatları sübut edir. 

Son 12 ayda gümüş 49,7% bahalaşıb. Belə əhəmiyyətli artıma baxmayaraq, qiymətli metalın qiymətləri hələ də tarixi maksimumdan uzaqdır. Rekord 2011-ci ildə, qiymətlərin unsiya üçün 50 dollara qalxdığı vaxt qeydə alınıb.
 
Sentyabrın sonunda gümüşün qiyməti Federal Ehtiyat Sisteminin faiz qərarı ərəfəsində bir unsiya üçün 32,71 dollara yüksələrək, son 10 ilin ən yüksək səviyyəsinə çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            615 23.10.24 22:50