İndoneziya seçkiyə müdaxilə etdiyinə görə üç Fransa vətəndaşını deportasiya edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

İndoneziya seçkiyə müdaxilə etdiyinə görə üç Fransa vətəndaşını deportasiya edib

İndoneziyanın Açeh əyalətinin miqrasiya xidməti bölgənin naibi vəzifəsinə namizədin siyasi kampaniyasında güman edilən iştirakına görə Fransanın üç vətəndaşını deportasiya edib.

Median.Az
Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Jakarta Globe” portalı məlumat yayıb.

Bildirilib ki, onlar miqrasiya xidməti tərəfindən oktyabrın 8-də saxlanılıb və daha sonra deportasiya ediliblər.

"Üç nəfər siyasi kampaniyada iştirak etməklə viza rejiminin şərtlərini pozublar", - məlumatda vurğulanıb.

Fransızların dəstəklədiyi güman edilən namizədin adı hakimiyyət tərəfindən açıqlanmayıb. Ancaq qeyd edilib ki, əvvəlcə Fransa vətəndaşları yerli istehsalçılardan, o cümlədən siyasətçi Səid Saninin idarə etdiyi kooperativdən paçuli yağı almaq üçün Açehə gediblər.

Hazırda o, Qayo-Lus dairəsində naib vəzifəsinə namizəddir.

Fransızların son səfəri Səid Sani ilə satış müqaviləsi bağlamağa yönəlib. Lakin onların gəlişi yerli seçki kampaniyası mövsümü ilə üst-üstə düşüb ki, bu da onların fəaliyyəti ilə bağlı narahatlıq yaradıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            537 14.10.24 19:30