Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Tramp amerikalını öldürən miqrantlar üçün edam cəzası tələb etdi

12.10.2024 13:56 2 706
Tramp amerikalını öldürən miqrantlar üçün edam cəzası tələb etdi
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ vətəndaşlarını öldürən miqrantları edam cəzasına məhkum etməyə çağırıb.

Median.Az
-ın NBC-yə istinadən məlumatına görə, o, bu barədə Nevada ştatının Rino şəhərində çıxışı zamanı bəyan edib.

"Mən amerikalı vətəndaşı və ya hüquq-mühafizə orqanı əməkdaşını öldürən hər hansı miqrantın ölüm cəzasına məhkum olunmasını tələb edirəm", - deyə Tramp bildirib.

Sabiq prezident Kolorado ştatının Aurora şəhərində keçirdiyi mitinqdə də eyni təklifi irəli sürüb. O, "qanunsuz miqrantlar tərəfindən ələ keçirilmiş və işğal edilmiş" kimi xarakterizə etdiyi şəhəri "xilas edəcəyini" bildirib.

Qeyd edək ki, D.Tramp bir müddət əvvəl prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ Ədliyyə Nazirliyinin ölüm cəzasına qoyduğu moratoriumu ləğv edəcəyini bildirib.

D.Tramp miqrantlara qarşı sərt ritorikası ilə tanınır, o, ABŞ-dəkı miqrantları amerikalıların həyatı və təhlükəsizliyi üçün təhdid hesab edir. Belə ki, sentyabrda o, digər namizəd Kamala Harrislə debat zamanı Ohayo ştatının Sprinqfild şəhərindəki miqrantları yerli vətəndaşların ev heyvanlarını yeməkdə ittiham edib. Daha sonra o, bu şəhərdən bununla məşğul olan haitililərin kütləvi şəkildə deportasiya edildiyini bildirib. Oktyabrda ABŞ-nin keçmiş prezidenti bəyan edib ki, ölkəyə gələn miqrantların çoxu cinayətkardır, onlar özləri ilə "pis genlər" gətiriblər və indi bu onların qanındadır.скачать dle 11.3
Mojo.az Banner