Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Putin: 21-ci əsrdə qlobal iqtisadi artım BRİCS ölkələrində cəmləşəcək

26.09.2024 18:25 1 635
Putin: 21-ci əsrdə qlobal iqtisadi artım BRİCS ölkələrində cəmləşəcək
21-ci əsrdə qlobal iqtisadi artım Avropa və ya Şimali Amerikada deyil, BRİCS ölkələrində cəmləşəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, müasir dünya BRİCS ölkələri və ona qoşulmaq istəyənlər sayəsində bütün 21-ci əsr üçün qlobal artımda əsaslı dönməz dəyişikliklər dövrünə qədəm qoyub.

Putin BRİCS-in dünya iqtisadiyyatına təsirindən danışıb. Qeyd edib ki, dünya iqtisadiyyatının əsas artımı BRİCS ölkələrində və ona qoşulmaq istəyən ölkələrdə cəmləşəcək:

"BRİCS və G7 ölkələri arasında inkişaf fərqinin sürəti əhəmiyyətli dərəcədə artır. Bəzi BRICS ölkələrində, o cümlədən Çin, Rusiya Federasiyası, BƏƏ və Səudiyyə Ərəbistanında iqtisadi dinamika müsbət, lakin orta dərəcədə olacaq. Artım templərinə görə lider ölkələr isə qlobal Cənubun dövlətləri olacaq".

RF prezidenti həmçinin BRİCS-də bütün xarici ticarətə xidmət göstərmək üçün müstəqil ödəniş və hesablaşma sxemi üzərində işin aparıldığını açıqlayıb.

///apa

Son xəbərlər