Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:42 Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı  |     22:35 Aşıq Əhliman insult keçirib  |     22:28 Azərbaycanın Fransadakı səfirliyinə hücumun əsas iştirakçısının cəzası ağırlaşdırılıb  |     22:21 Rusiyada polisə rüşvət təklif edən azərbaycanlı 8 min manat cərimələndi  |     22:14 Natəvan Bayramova yeni vəzifəyə təyin olundu  |     21:48 Azərbaycan və Pakistan XİN rəhbərləri arasında telefon danışığı olub  |     21:23 Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var  |     21:14 Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı  |     20:25 Ermənistanın keçmiş müdafiə naziri İstintaq Komitəsində dindirilir  |     20:20 Sabah Balakəndə 20 mindən artıq abonentin qazı kəsiləcək  |     20:11 Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq  |     20:04 Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib  |     19:56 Sabah çimərliklərdə suyun temperaturu 24 dərəcəyədək yüksələcək  |     19:50 Sabah bəzi yerlərə yağış yağacaq  |     19:44 Argentinalı futbolçu "Liverpul"a keçə bilər  |     19:35 Qahirədə data mərkəzində baş verən yanğında 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb  |     19:25 Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib  |     19:18 Lənkəranda gənc sürücü yol qəzasında ölüb  |     19:10 Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb  |    

Putin: "BRICS-ə daha 34 dövlət qoşulmaq istəyir"

"BRICS ölkələri birliyinin işinə bu və ya digər formada qoşulmaq istəyini artıq 34 dövlət ifadə edib".

Median.Az
-ın "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin sentyabrın 12-də Sankt-Peterburqda Konstantinovski sarayında BRICS dövlətlərinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksəksəviyyəli nümayəndələri ilə görüşdə bildirib.

O qeyd edib ki, BRICS çərçivəsində bu formatda görüş artıq 14-cüdür. Bu dəfə görüşdə yanvarın 1-dən tamhüquqlu üzv kimi birliyə qoşulan yeni dövlətlərin nümayəndə heyətləri də iştirak edirlər. Lakin daha çox ölkə onunla əməkdaşlıq etmək istəyir.

"Biz bir çox dövlətlərin BRICS-ə artan marağını diqqətdən kənarda qoya bilməzdik. Bu gün birliyimizin fəaliyyətinə bu və ya digər formada qoşulmaq istəyini 34 dövlət bəyan edib. Qeyd edim ki, yüksəksəviyyəli nümayəndələrin görüşü oktyabrın 22-24-də Rusiyada, Kazan şəhərində keçiriləcək BRICS və BRICS+ sammitinə hazırlığın mühüm mərhələlərindən biridir", - deyə Rusiya lideri vurğulayıb.

BRICS dövlətlərinin təhlükəsizlik üzrə yüksək səviyyəli nümayəndələrinin görüşü sentyabrın 10-dan 12-dək Sankt-Peterburqda keçirilir.

Qeyd edək ki, BRICS doqquz dövlətin - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiyanın dövlətlərarası birliyi, ittifaqıdır. Təşkilat 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə təsis edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            561 12.09.24 16:02