“Braziliya iyulda keçirilmiş prezident seçkilərinin nəticələrini tanımamasına baxmayaraq, Venesuela ilə münasibətləri kəsmək niyyətində deyil və bu ölkəyə qarşı birtərəfli sanksiyaların əleyhinədir”.
Bunu Braziliya Prezidenti Luis İnasiu Lula Da Silva deyib.
“Kolumbiya ilə ortaq mövqeyimiz var. Nəticələri qəbul etmədik, amma mən münasibətləri pozmayacağam, birtərəfli sanksiyalar və blokada ilə də razı deyiləm. Çünki blokada Venesuela prezidenti Nikolas Maduroya zərər vermir, xalqa zərər verir və mən hesab edirəm ki, xalq qurbanlara çevrilməməlidir ”, - deyə o qeyd edib.
Lula da Silva vurğulayıb ki, o, müxalifət namizədinin Venesueladakı seçkilərdə qalib gəldiyini də tanımır: “Yalnız bir çıxış yolu var idi - yeni seçkilər keçirmək və ya demokratik bir yerdə yaşamaq üçün koalisiya yaratmaq”.