Lavrov: Makronun Durovun həbsi ilə bağlı fikirləri şübhə doğurur » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Lavrov: Makronun Durovun həbsi ilə bağlı fikirləri şübhə doğurur

Fransa prezidenti Emmanuel Makronun “Telegram” messencerinin həmtəsisçisi Pavel Durovun həbsinin siyasi motivlərlə diktə olunmadığına dair fikirləri şübhə doğurur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBK”ya müsahibəsində deyib.

“Onlar hamını inandırmağa çalışırlar ki, burada heç bir siyasət yoxdur. Makron da açıq şəkildə bunu təsdiqləyib. Buna inanmaq çox çətindir və Qərbin az-çox populyar və əhəmiyyətli informasiya resurslarını ələ keçirməsi xətti artıq uzun müddətdir ki, davam etdirilir”, - o qeyd edib.

S.Lavrovun sözlərinə görə, Fransa ATƏT-in digər ölkələri kimi 1990-cı ildə keçirilmiş sammitin yekunları üzrə qəbul edilmiş və ümumbəşəri dəyərləri dəstəkləyən Yeni Avropa üçün Paris Xartiyasına qoşulsa da, bütün bunların üstündən artıq çoxdan xətt çəkib. Lakin Rusiya tərəfi P.Durovun Parisdə saxlanması ilə bağlı maksimum dərəcədə ətraflı məlumat əldə etmək üçün Fransa Xarici İşlər Nazirliyi ilə işləməyə davam edir. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin konsulluğun bu məsələ ilə bağlı yardım təklifinə Fransa tərəfi hələ heç bir reaksiya verməyib.

“Onlar buna əsaslanırlar ki, P.Durov Fransa vətəndaşlığına malikdir və bu ölkənin ərazisində saxlandığı üçün Fransa qanunvericiliyi tətbiq edilir. Bu halda isə onun malik olduğu Fransa vətəndaşlığı üstünlük təşkil edir”, - nazir qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 06.09.24 19:03