Olimpiya çempionunun qızıl medalı əlindən alındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Olimpiya çempionunun qızıl medalı əlindən alındı

Paris 2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan Türkiyənin milli atleti Serkan Yıldırımın qızıl medalı əlindən alınıb.

Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, buna Beynəlxalq Paralimpiya Komitəsinin etirazı səbəb olub:

"Türkiyə Milli Paralimpiya Komitəsi, Almaniya qanunlarına tabe olan Beynəlxalq Paralimpiya Komitəsinə qarşı Almaniya məhkəməsində açılan iddiadan Serkan Yıldırımın Paris 2024-də yarışmasına icazə verilən qərar əldə edib və idmançımız 100 metr məsafədə çempion olmağı bacarıb. Lakin BPM bu qərarı daha yüksək instansiya məhkəməsinə aparıb və Yıldırımın müsabiqə üçün uyğun olmadığını bildirən qərar qəbul edilib. Həmçinin hüquqi proses çərçivəsində onun 100 metr məsafəyə qaçış üzrə qazandığı qızıl medalı əlindən alınıb. Medalı geri almaq üçün qanuni haqlarımızdan istifadə edirik və idmançımızın hüquqlarını sona qədər tələb edəcəyik".

Qeyd edək ki, bir müddət əvvəl Dünya Para Atletika Federasiyası təsnifat statusuna yenidən baxılması ilə bağlı qərar verib. Məsələ ilə bağlı Almaniya məhkəməsinə etiraz edən Serkan Yıldırım hüquqi mübarizədən qalib ayrılaraq Paris 2024 Paralimpiya Oyunlarının yarış siyahısına daxil edilib. Milli atlet kişilər arasında 100 metr məsafəyə T12 kateqoriyasında yarışlarda qızıl medal qazanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 04.09.24 21:50