Türkiyə Misirə pilotsuz uçuş aparatları tədarük edəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Türkiyə Misirə pilotsuz uçuş aparatları tədarük edəcək

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Misirə pilotsuz uçuş aparatlarının tədarükü barədə müqavilənin imzalanması planlaşdırılır.

Median.Az
bu barədə Milliyet.com-a istinadən xəbər verir.

Əs-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsinin illik 10 milyard dollardan 15 milyard dollara qədər artırılması perspektivlərini müzakirə etmək üçün yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək. Əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq. Tərəflər həmçinin Şərqi Aralıq dənizi, Liviya və digər regional məsələlərdə vəziyyəti ətraflı müzakirə edəcəklər.

Qeyd edək ki, Ərdoğan 12 ildən sonra ilk dəfə 2024-cü ilin fevralında münasibətlərin normallaşması prosesi çərçivəsində Misirə səfər edib. 2013-cü ildə hər iki ölkə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən və Ankaranın buna mənfi reaksiyasından sonra öz səfirlərini geri çağırmışdı. 2021-ci ilin martında Türkiyə Xarici İşlər Nazirliyi Misirlə diplomatik səviyyədə əlaqələrin bərpa olunduğunu elan edib. 2023-cü ilin iyulunda hər iki ölkə Ankara və Qahirəyə səfirlər təyin etməklə diplomatik münasibətləri tam bərpa edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 02.09.24 11:37