Microsoft, İdarəetmə Panelinin istifadəsini mərhələli şəkildə dayandırdığını elan edib. O, tamamilə Parametrlər proqramı ilə əvəz olunacaq.
İdarəetmə Paneli 1985-ci ildən Windows-un bir hissəsidir və ilk dəfə Windows 1.0-da ortaya çıxıb. O, istifadəçilərə cihazlar və printerlər əlavə etməyə, tarix və vaxtı təyin etməyə, iş masasını fərdiləşdirməyə, arzuolunmaz proqramları silməyə və s. əməliyyatlarda rol oynayıb. Ancaq son illərdə bu funksiyadan demək olar ki, istifadə edilmir.
2012-ci ildə Windows 8 ilə işə salınan Parametrlər proqramı bu vəzifələrin çoxunu yerinə yetirmək üçün yeni yerə çevrilib və tədricən İdarəetmə Panelinin funksiyalarını öz üzərinə götürüb. 2020-ci ilin oktyabr ayından Microsoft istifadəçiləri onların əvəzinə Parametrlər proqramından istifadə etməyə təşviq etmək üçün yönləndirir.
"Parametrlər proqramı […] daha müasir və sadələşdirilmiş təcrübə təklif edir”, - Microsoftun dəstək sənədində deyilir.
Bir gün əvvəl Microsoft bu köhnəlmiş alətdən rəsmən imtina etdiyini açıqlayıb. Korporasiya hələlik idarəetmə panelinin rəsmi olaraq nə vaxt bağlanacağını açıqlamayıb.
İlin əvvəlində Microsoft, demək olar ki, 20 ildir işləyən WordPad mətn redaktoru olmadan Windows 11 Canary-in yeni quruluşunu buraxıb. İndi korporasiya əvəzinə MS Word proqramından istifadə etməyi məsləhət görür.
//qaynarinfo