Efiopiyada torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb.
Amhara əyalətinin Qondar bölgəsində güclü yağışlar torpaq sürüşməsinə səbəb olub. Sürüşmə nəticəsində 23 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
2700 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, təxminən 2 min hektar əkin sahəsi dağılıb.
Vilayət rəhbərliyi sürüşmə nəticəsində zərər çəkənlərə yardım işlərinə başlayıb.