Rusiya Silahlı Qüvvələri İvano-Frankovsk vilayətində ABŞ-nin "F-16" qırıcılarının yerləşə biləcəyi Ukrayna Silahlı Qüvvələrinin anqarına zərbə endirib.
Median.Az-ın MK.ru-ya istinadən xəbərinə görə, bu barədə "Nikolayevsk" mərkəzinin koordinatoru Sergey Lebedev məlumat verib.
"Hesablamalara görə, İvano-Frankovskda iki "F-16" gizlədilib ki, məhz o istiqamətdə zərbə vurulub", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələri Ukraynaya irimiqyaslı raket hücumu həyata keçirib və ən azı 14 bölgədə partlayışlar baş verib.