Fransız politoloq: "Pavel Durovun saxlanılması Fransanın diktaturaya çevrilməsinin simvoludur" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Fransız politoloq: "Pavel Durovun saxlanılması Fransanın diktaturaya çevrilməsinin simvoludur"

"Telegram"ın yaradıcısı Pavel Durovun saxlanılması Fransanın diktaturaya çevrilməsinin simvoludur".

Bunu "İzvestiya"ya fransız politoloq Bertran Şoller deyib.

Onun fikrincə, sahibkarla bağlı vəziyyət İlon Mask, Mark Zukerberq və öz fikri uğrunda mübarizə aparan hər kəs üçün yaxşı nümunə olacaq.

"Bu, baş verən hər şeyə görə sosial şəbəkələri məsuliyyətə cəlb etmək cəhdidir", - politoloq bildirib.

Şoller onu da əlavə edib ki, Durovu söz azadlığını müdafiə edən şəxs hesab edir və bugünkü Avropa buna görə ona nifrət edir.

"İndi Durov bir neçə yüksəkrütbəli məmurun qarşısına çıxacaq və ona başa salacaqlar ki, əgər o, sövdələşməyə razı olmasa, o zaman "Telegram" Avropada qadağan ediləcək, özü isə bütün həyatını zindanda keçirəcək. Bu dəhşətli şantajdır, Fransanın diktaturaya çevrilməsinin simvoludur", - politoloq qeyd edib.

Xatırladaq ki, Pavel Durovun Parisin "Le Burje" hava limanında saxlanması barədə avqustun 24-ü axşam saatlarında məlum olub. O, narkotiklərin yayılması, uşaqlara qarşı cinayətlər, çirkli pulların yuyulması və dələduzluq da daxil olmaqla bir sıra cinayətlərlə bağlı ittihamlarla üzləşə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            372 26.08.24 11:20