Pakistan "Şahin-II" "Yer-yer" tipli ballistik raketin uğurlu təlim buraxılışını həyata keçirib.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Açıqlamaya görə, həm adi, həm də nüvə başlıqları ilə təchiz oluna bilən raketin buraxılışı dəqiqlik və sağ qalma qabiliyyətini artırmaq məqsədilə qoşunların hazırlanması, müxtəlif texniki parametrlərin və müxtəlif alt sistemlərin effektivliyinin sınaqdan keçirilməsi üçün həyata keçirilib.
May ayında Pakistan Silahlı Qüvvələri yerli "Fatah-II" uzunmənzilli raket sisteminin (MLRS) uğurlu təlim buraxılışını həyata keçirib. Sistemin idarə olunan raketləri inersial peyk yönləndirmə sistemi ilə təchiz olunub və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.
KİV-in məlumatına görə, "Fatah" sistemi Pakistanın "Global Industrial & Defense Solutions" (GIDS) müdafiə şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. O, ABŞ-nin HIMARS (High Mobility Artillery Rocket System) sisteminin analoqu hesab olunur. 150 km-ə qədər uçuş məsafəsi olan "Fatah-I" sistemi ilk dəfə 2021-ci ilin avqustunda Pakistanda sınaqdan keçirilib.