BMT mütəxəssisləri ”insani cəhətdən” mümkün olduğu müddətcə Qəzza zolağında qalacaqlar.
APA xəbər verir ki, bunu “RIA Novosti”yə açıqlamasında BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin mətbuat katibi Yens Laerke bildirib.
“Qəzzada BMT-yə münasibətdə baş verənlər sərhəd tanımır. “İnsani cəhətdən” mümkün olduğu qədər Qəzzada qalacağıq”, - Laerke vurğulayıb.