Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır

Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstan-Ukrayna münasibətlərində nəzərdən keçirilməli olan nəsə varsa, bunu Ukrayna hökuməti etməlidir.

“Ukrayna hakimiyyəti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır. Çünki bu, dostluğa zidd addımdır”, - Kobaxidze bildirib.

Baş nazir xatırladıb ki, Ukrayna hakimiyyəti Rusiya ilə münaqişənin başlamasının beşinci günü Gürcüstan səfirini ölkədən çıxarmışdı. Buna səbəb kimi Gürcüstanın Rusiyaya qarşı sanksiyaların tətbiqindən və oraya könüllülər göndərməkdən imtina etməsini göstərmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 19.08.24 20:48