İtaliyanın Siciliya adası sahillərində göyərtəsində 22 nəfər olan yelkənli super-yaxta batıb.
APA-nın “Sky News“a istinadən xəbərinə görə, hadisəyə güclü fırtınanın səbəb olduğu bildirilib. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə itkin düşüb, 15 nəfər isə xilas edilib.
İtkinlər arasında milyarder Mayk Linç də var. Onun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir. Super-yaxtanın batdığı ehtimal olunan ərazidə axtarış işləri davam etdirilir.