Rusiyanın Əməkdar artisti Mixail Yefremov 2024-cü ilin dekabrında azadlığa çıxa bilər.
Median.Az bu barədə "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, aktyorun müdafiəsi yeni petisiya hazırlayıb və Yefremovun Yeni ilə qədər şərti azadlığa buraxılmasının mümkünlüyünə şübhə etmir.
Müraciətdə vəkillər tibbi arayışlara istinad edirlər ki, burada həm 60 yaşlı aktyorun əvvəlki diaqnozları, həm də həbsxana həkimlərinin müəyyən etdiyi xəstəliklər var. Onun başağrıları və keçici işemik tutmaları o qədər çox olub ki, hətta məhkəmələr zamanı Yefremovun halı pisləşib.
Müdafiə tərəfi israr edir ki, koloniyada olmaq Yefremovun insult keçirməsinə səbəb olacaq.
Xatırladaq ki, 8 iyun 2020-ci ildə Yefremovun iştirakı ilə avtoqəza baş verib. İki avtomobilin toqquşması nəticəsində kuryer Sergey Zaxarov dünyasını dəyişib. Belqorod Vilayət Məhkəməsi aktyoru yeddi il altı ay müddətinə azadlıqdan məhrum edib. Aktyor bu müddətin üç il altı ayını çəkib.