Afrika dövlətlərinin ümumi suveren borcu bir trilyon dollara çatıb.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qatete bildirib.
O əlavə edib ki, iqlim dəyişikliyi Afrikaya böyük təsir göstərir və bu, qitənin ÜDM-nin 5%-i qədər illik məcmu itkilərə səbəb olur.
BMT-nin məlumatına görə, Zimbabve, Qana və Efiopiya hazırda ən çətin maliyyə vəziyyətində olan ölkələr arasındadır.
Dövlət borcunun artması təkcə Afrika ilə məhdudlaşmır. IFF Qlobal Borc Monitorinqinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə dünya ölkələrinin ümumi borcu 91.4 trilyon dollar təşkil edib.