Çinin Yantszı çayı üzərindəki Nantong şəhərində istismardan çıxarılan "Minsk” təyyarədaşıyan gəmisinin sökülməsi və təmiri zamanı yanğın baş verib.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Müxbirlərin bildirdiyinə görə, avqustun 17-də səhər saatlarında yanğının böyük hissəsi söndürülüb. Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.
"Minsk" kreyseri SSRİ-də yığılıb. 1972-ci ildə əsası qoyulub, 1975-ci ildə istifadəyə verilib. Gəmi 1978-ci ildə istismara verilib və 30 iyun 1993-cü ildə donanmadan çıxarılıb. Daha sonra Çinə satılıb və 2006-cı ildə Şenjendəki əyləncə parkının bir hissəsi olub.
2016-cı ildə təyyarə daşıyıcısı Nantong şəhərinə aparılıb. Orada "planlaşdırılmış təyyarə gəmisi tematik parkının” bir hissəsi olması nəzərdə tutulurdu.