Alimlər Günəş sistemində Yerə yaxın ən soyuq yeri aşkarlayıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:19 Tbilisidə aksiyalar davam edir  |     22:48 "Qarabağ"ın keçmiş futbolçusu vəfat etdi  |     22:29 Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı  |     22:17 Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi  |     22:04 “Lufthansa” İsrailə uçuşların dayandırılması müddətini gələn ayın sonunadək uzadıb  |     21:44 Rüfət Səfərovun həbsinə nə səbəb olub?  |     21:23 "The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək  |     21:16 Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...  |     21:10 Gömrük əməkdaşlarının əmək haqları 3 aydır niyə verilmir? - DGK rəsmi açıqlama vermir  |     21:03 Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?  |     20:57 Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?  |     20:51 Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab  |     20:43 Bakının Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində qaz kəsiləcək  |     20:37 "Abzas Media" işində təqsirləndirilən şəxslərin istintaqı başa çatıb  |     20:29 Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişləndirilir  |     20:23 Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib  |     20:18 Paşinyan: Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib  |     20:10 “Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnib  |     20:03 İranda təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər ölüb  |     19:58 İstanbulda 17 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb  |    

Alimlər Günəş sistemində Yerə yaxın ən soyuq yeri aşkarlayıblar

London Universiteti və Uorik Universitetinin (Böyük Britaniya) alimləri belə qənaətə gəliblər ki, Günəş sistemində ən soyuq yer Yerə yaxın ərazidə - Ayın səthində yerləşə bilər. Kosmik aparatların müşahidələrinin göstərdiyi kimi, Ayın bəzi sahələri uzaq Plutondan daha soyuqdur.

Müvafiq araşdırmanı "Live Science" elmi portalı dərc edib.

Mütəxəssislər 2009-cu ildə Ayın cənub qütbündəki kölgəli kraterlərdə NASA-nın ətraf mühitin vəziyyətini qiymətləndirən Ay Kəşfiyyat Orbiti missiyasının məlumatlarını təhlil ediblər. Ölçmələrə əsasən, bu yerlərdə temperatur -248,15°Selsi (25° Kelvin) təşkil edir.

Müqayisə üçün deyək ki, Plutonun səthinin orta temperaturu -232,75°Selsi (40,4°Kelvin) təşkil edir.

Alimlər əmindirlər ki, Ayın cənub qütbünün Merkuridən Mars və Yupiter arasındakı asteroid qurşağına qədər daxili Günəş sisteminin ən soyuq yeri olaraq qalır.

Bununla belə, Ay kraterləri Neptunun orbitindən kənarda geniş kosmik buz sahəsi olan Oort buludundan daha isti ola bilər. Oort buludunda temperatur -268,15° Selsiyə (5° Kelvin) çatır ki, bu da mütləq sıfıra yaxındır.

Tədqiqatçılar qeyd ediblər ki, buludun özü o qədər uzaqdadır ki, onu Günəş sisteminin hissəsi hesab etmək olmaz, baxmayaraq ki, elm adamlarının bu məsələdə müxtəlif fikirləri var. Yerlə Oort buludunun yaxın sərhədi arasındakı məsafə 2000 astronomik vahiddir ki, bu da Yerlə Günəş arasındakı məsafədən 2000 dəfə artıqdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            228 17.08.24 13:29