Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı şərti azadlığa buraxılıb.
APA-nın “Sputnik-Kazakhstan”a istinadən məlumatına görə, bu barədə məhkəmə qərar verib.
Bildirilib ki, o dövlətə dəyən ziyanı ödəmək məqsədilə mülkiyyətindəki 1,4 milyard dollar dəyərində olan aktivləri və daşınmaz əmlakı dövlətə təhvil verib.
Dövlət əmlakının mənimsənilməsi və israfında günahlandırılaraq, 6 il müddətinə azadlıqdan məhrum edilən 54 yaşlı K. Satıbaldı cəzasının 3 il 3 ay 7 gününü azadlıqda tamamlayacaq.
Qərara əsasən, əgər daimi iş yeri olmazsa, o şərti azadlıqda olduğu hər il ərzində 100 saatlıq icbari əməyə cəlb ediləcək.