İsrailin xarici işlər naziri İsrael Katz ölkəsində səfərdə olan fransız və britaniyalı həmkarları ilə görüşüb.
APA xəbər verir ki, bu barədə İsrael Katz "X" platformasında bildirib.
XİN rəhbəri İranın İsrailə zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücum etməkdə dəstək gözlədiyini deyib.
”İran hücum edərsə, koalisiyanın təkcə müdafiədə deyil, həm də İrandakı əhəmiyyətli hədəflərə hücumda İsrailə qoşulmasını gözləyirik", - diplomat qeyd edib.
Katz İsraildə səfərdə olan baş diplomatlara ölkəsinin girovların azad edilməsi ilə bağlı razılaşmaya hazır olduğunu, lakin HAMAS-ın danışıqlar zamanı İranın hücumu ərəfəsində tələblərini sərtləşdirə biləcəyini vurğulayıb.