Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb.
APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından deputat Ahmet Şık AK Partiyasının üzvlərini təhqir edib.
Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.