Rusiyaya işləmək üçün yollanan əcnəbi vətəndaşlar üçün təşkil edilən rus dili, tarix və əsas qanunvericilik fənləri üzrə imtahanların yazılı hissəsi videokamera vasitəsilə qeydə alına bilər.
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev müvafiq müraciətlə Rusiyanın Təhsil Nazirliyinə müraciət edib.
Müraciətdə qeyd olunur ki, imtahanın videokamera vasitəsilə qeydə alınması korrupsiya risklərini azaltmağa kömək edəcək.