Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistana səfər edəcəyi gözlənilir.
Bu barədə Ermənistanın "Joxovurd" nəşri Fransadakı erməni icmasına istinadən məlumat yayıb.
Mənbə iddia edir ki, səfər Ermənistanın Müstəqillik Gününə təsadüf edəcək və hazırda onun detalları müzakirə olunur.
Məlumat üçün əlavə edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu il fevralın 21-də Emmanuel Makronu ölkəsinə dəvət edib.