Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən məsləhətləşmələrin iştirakçıları danışıqların ilk günündə irəliləyiş əldə ediblər.
Bu barədə "Times of Israel" qəzeti məlumat yayıb.
Lakin mənbə danışıqlar prosesinin gedişi ilə bağlı başqa təfərrüat təqdim etməyib.
Xatırladaq ki, ötən gündən etibarən Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb. Görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edirlər.