Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:10 “ƏDV geri al” bütün konsert növlərinə şamil ediləcək | 22:01 Milyarderlər ən çox bu bürclərdən çıxır | 21:56 Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ) | 21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı | 21:03 2026-2027-ci ilin qışında dəbdə olacaq xəz palto - 5 əsas trend | 20:58 Naxçıvanda 10 ceyran təbiətə buraxılıb | 20:50 İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq | 20:45 Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub | 20:36 “Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi - Bakıda DƏHŞƏT | 20:31 Bu daraq saç çıxaracaq | 20:24 Sabah 20 dərəcə isti olacaq | 20:19 Ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək | 20:11 Çipsə 1 manat aksiz vergisi tətbiq ediləcək | 20:00 Evini kirayə verənlərin nəzərinə: Gələn ildən... |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə İnstaqrama giriş bərpa olunacaqmı? - Nazir

10.08.2024 22:06 2 199
Türkiyədə İnstaqrama giriş bərpa olunacaqmı? - Nazir
Əsas yol qət olunub. Ümid edirik ki, tezliklə razılıq əldə edəcəyik.

Median.Az
lent.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu İnstaqram sosial şəbəkəsinin açılması üzrə danışıqların son mərhələsi barədə danışarkən deyib.

Uraloğlu vurğulayıb ki, rəsmi Ankara ölkədə hər hansı sosial şəbəkələri, medianı qadağan edən bir imicin formalaşmasına qəti şəkildə qarşıdır:

"Mən birmənalı olaraq əmin edə bilərəm ki, Türkiyə hakimiyyəti söz azadlığı mövzusuna sosial şəbəkələrin sahiblərindən daha geniş mənada yanaşır. Ankaradan fərqli olaraq onlar sosial şəbəkələri sizə xəbər vermədən bloklayırlar. Biz əvvəlcə problemin mövcudluğu ilə bağlı rəsmi xəbərdarlıq edir, sonra addımlar atırıq. Ümid edirəm ki, son nəticədə Türkiyə vətəndaşlarının gözləntiləri və həssaslığı nəzərə alınacaq".

Qeyd edək ki, Türkiyədə avqustun 2-i İnstaqram sosial şəbəkə platformasına giriş bloklanıb. Türkiyə mediasının yazdığına görə, İnstaqrama girişin olmaması ölkə iqtisadiyyatına gündəlik 1.9 milyard lirə ziyan vurur.

Son xəbərlər