Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Süni zəka monitor ekranından məlumatları belə oğurlayır

05.08.2024 22:41 1 746
Süni zəka monitor ekranından məlumatları belə oğurlayır
Aparılmış yeni tədqiqat onu göstərib ki, hakerlər süni zəkadan istifadə edərək kompüter və monitoru bir-birinə birləşdirən naqildən yayılan elektromaqnit şüalanmasını deşifrələyə və beləliklə monitorda əks olunan məlumatları oğurlaya bilərlər.

Uruqvayda yerləşən Respublika Universitetinin alimləri monitor naqilindən şüalanan elektromaqnit şüalanmasını deşifrələməyi bacaran süni zəka modelini yaradıblar. Bu üsul belə çalışır. Haker kompüter ilə monitoru birləşdirən VGA, HDMI və ya DVI naqilin şüalanmasını ələ keçirir və daha sonra müvafiq siqnallar əsasında təlimatlandırılmış süni zəka modeli əldə edilmiş məlumatı deşifrələyir və daha sonra onu hakerə ötürür.

Bu cür kiberhücumun effektivliyinin qiymətləndirilməsi üçün mütəxəssislər monitor ekranında mətn formatında məlumatı əks etdirən standart proqram təminatından istifadə ediblər, HDMI naqil vasitəsilə monitora ötürülən siqnalı ələ keçiriblər, ələ keçirilmiş siqnalı mətnin təyin olunması üçün nəzərdə tutulmuş standart proqram təminatı vasitəsilə deşifrə ediblər və əldə edilmiş nəticəni monitor ekranında əks olunmuş orijinal məlumat ilə müqayisə ediblər. Məlum olub ki, əldə edilən siqnalın deşifrələnməsi prosesi çərçivəsində simvolların 30%-i düzgün şəkildə qeyd edilmir. Lakin bununla belə simvolların yerdə qalan 70%-i mətnin böyük hissəsini anlamaq üçün kifayət edir. Naqil vasitəsilə monitora ötürülən siqnalı distant şəkildə anten vasitəsilə ələ keçirtmək mümkündür. Beləliklə hakerlər bu cür texnologiyadan istifadə edərək kompüterlərin monitorlarını rahatlıqla izləyə bilərlər.
//lent.az

Son xəbərlər