Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ürək sağlamlığı üçün gündə nə qədər şokolad yemək lazımdır?  |     22:52 Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu  |     22:44 Azərbaycanda məşhur otel adını dəyişdirir  |     22:38 Gəncə-Moskva aviareysi təxirə salınıb  |     22:31 "Formula 1": "Red Bull" Kristian Hornerlə yollarını ayırıb  |     22:25 Abşeronda axtarışda olan 35 nəfər saxlanılıb  |     22:20 XİN: Rusiyalıların Ermənistana girişinə qoyulan qadağanı qeyri-dost hərəkəti kimi qiymətləndiririk  |     22:11 "Kəpəz" müdafiəçisi ilə vidalaşıb  |     22:06 Azərbaycan auditorları haqsız rəqabətdən şikayət edir  |     22:00 Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb  |     21:54 "Çelsi" klublararası dünya çempionatında 110 milyon dollar qazanıb  |     21:45 Honq-Konqda tikinti işləri zamanı 19-cu əsrə aid artilleriya silahı aşkarlanıb  |     21:39 Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb  |     21:18 Azərbaycanda DƏHŞƏT: Oğul anasını yandıraraq öldürdü  |     21:12 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə 4 saat işıq olmayacaq  |     20:58 Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     20:51 1 dollar 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA  |     20:48 Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri deportasiya edilir  |     20:31 İstanbulda məşhur hotellər söküləcək  |     19:54 Tələbələrin köçürülməsi prosesinə start verildi  |    

Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər

Çinin böyük şəhərlərinin təxminən yarısı orta və ya kəskin çökmədən əziyyət çəkir və xüsusən də dünya okeanının səviyyəsi yüksəldikcə bu, milyonlarla insanı daşqın təhlükəsi ilə üz-üzə qoyur.

Bu barədə Cənubi Çin Pedaqoji Universitetindən Ao Zuruinin rəhbərlik etdiyi alimlər qrupu “Science” jurnalında dərc olunan məqaləsində bildiriblər.

Çinin şəhər ərazilərinin 45%-i ildə üç millimetrdən, 16%-i isə on millimetrdən çox sürətlə çökür. Bu, yeraltı suların səviyyəsinin aşağı düşməsi və binaların çəkisi ilə bağlıdır.

Çökmə ilə bağlı itkilər ildə bir milyard dollardan çox təşkil edir və sahilyanı ərazilərin dörddə biri gələn əsr ərzində dəniz səviyyəsindən aşağı düşə bilər.

Bununla bağlı problemdən ən çox 15 milyondan çox insanın yaşadığı şimaldakı Tyantszin şəhəri əziyyət çəkir. Keçən il burada torpağın bir hissəsi çökdüyü zaman üç min sakin qəfil geoloji fəlakətdən sonra təxliyə edilmişdi.

Mənbə: octagon.mediaскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            750 20.04.24 14:08