Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib

Koreya Respublikasının Silahlı Qüvvələri Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sərhəd yaxınlığında canlı atəş təlimləri keçirib.

“Yonhap” agentliyi məlumat yayıb.

Təlimlərdə ordu və dəniz piyadalarının nümayəndələri iştirak ediblər.

Ümumilikdə “K9” və “K 55A1” özüyeriyən artilleriya qurğuları da daxil olmaqla 430 nəfər və 30-a yaxın texnikanın cəlb olunduğu təlimlər Qanqvon əyalətinin Çeorvon qraflığındakı poliqonda baş tutub.

Cənubi Koreya tərəfi qeyd edib ki, manevrlər KXDR-dən gələn təhdidlərə cavab vermək üçün nəzərdə tutulub.

Aprelin 11-12-də Koreya Respublikası, ABŞ və Yaponiya KXDR-dən gələn nüvə raket təhlükəsi fonunda Cənubi Koreyanın Cedju adasının cənubunda yerləşən beynəlxalq sularda Amerika aviadaşıyıcısının iştirakı ilə üçtərəfli hərbi dəniz təlimləri keçirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            411 17.04.24 19:18