Türkiyənin İnterpol xətti ilə axtardığı PKK/KCK terror təşkilatının üzvü Mehmet Kopal Fransadan Türkiyəyə ekstradisiya olunub.
Bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə Xarici İşlər Nazirliyinin və hüquq-mühafizə orqanlarının koordinasiyalı addımları nəticəsində Türkiyəyə qaytarılıb.