“Crocus City Hall”da terror aktını törədənlərə naməlum şəxs “Telegram” vasitəsilə göstəriş verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

“Crocus City Hall”da terror aktını törədənlərə naməlum şəxs “Telegram” vasitəsilə göstəriş verib

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərin hərəkətlərini həm hazırlıq mərhələsində, həm də silahlı hücumdan sonra “Telegram” messencerində səsli mesajlar vasitəsilə bir kişi koordinasiya edib.

Bununla bağlı danışan təqsirləndirilən şəxslər bildiriblər ki, koordinasiya edən kişi özünü onlara təxəllüs adı ilə təqdim edib.

Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsindən məlumat verilib.

Koordinatorun göstərişi ilə terrorçular cinayəti törətdikdən sonra avtomobillə Rusiya-Ukrayna sərhəddinə doğru gediblər, sərhədi keçmək və onlara vəd olunan mükafatı almaq üçün Kiyevə getmək istəyiblər.

Daha əvvəl Rusiya İstintaq Komitəsi bildirib ki, müstəntiqlər “Crocus City Hall”da terror aktını törədənlərin cinayətin hazırlanmasında istifadə etdikləri xeyli miqdarda pul və kriptovalyutanı Ukraynadan əldə etdikləri barədə məlumat alıblar. Qurum həmçinin qeyd edib ki, istintaqın ilkin nəticələri terrorçuların əməllərinin planlaşdırılmış xarakterli olduğunu, o cümlədən buna ciddi hazırlıq getdiyini və cinayətin təşkilatçılarından maliyyə dəstəyi alındığını tam şəkildə təsdiqləyir.

Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall”da terror aktı törədilib. Son məlumatlara görə, 144 nəfər həlak olub, 382 nəfər yaralanıb, onlardan 217 nəfərə ambulator yardım göstərilib.

Elə həmin gün terror aktını törədən dörd nəfər saxlanılıb: Dalerjon Mirzoev, Saidakram Raçabalizoda, Şamsidin Fariduni və Muxammadsobir Fayzov. Onlar Bryansk vilayətində, Ukrayna sərhədinə doğru getdikləri zaman saxlanılıblar. Daha beş nəfər, istintaqın fikrincə, cinayətin ortaqlarıdır.

Mənbə: TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 29.03.24 21:06