"Crocus"dakı teraktda şübhəli bilinən Kasımovun "Çayxana"sı bağlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 “Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq  |     22:50 IV qrupda ən yüksək bal toplayan Nurayın FOTOSU  |     22:43 “Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb  |     22:34 Kral III Çarlz Muxtar Babayevi qəbul edib  |     22:27 Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib  |     22:20 Rusiya Yutubu bloklamaq qərarı verdi  |     22:13 Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir  |     22:05 Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər  |     21:58 Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI  |     21:50 Hansı tərəvəzləri çiy yemək olmaz?  |     21:42 Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi  |     21:34 Bu kitabları uşaqlara verməyin: ZİYANDIR  |     21:27 Ad günü məclisində qan düşdü  |     21:15 Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi  |     21:07 Hərbi-Gürcüstan yolu selə görə bağlanıb  |     20:56 I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub  |     20:47 Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb  |     20:40 Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər  |     20:32 Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır  |     20:24 Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib  |    

"Crocus"dakı teraktda şübhəli bilinən Kasımovun "Çayxana"sı bağlandı

"Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən şəxslərdən Alişer Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən "Çayxana" kafesi fəaliyyətini dayandırıb.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunub ki, müəssisənin bütün qapıları bağlıdır. Kafenin iş saatları ilə bağlı heç bir xəbərdarlıq nişanı yoxdur. Yaxınlıqdakı hamam da bağlanıb.

Obyetin qapısına yapışdırılmış vərəqdə hamamın bu gün işləmədiyi yazılıb.

Lakin xəbərdarlıq əl ilə yazılıb və tarix göstərilməyib.

Yaxınlıqdakı kafe, mağaza və təkər təmiri sexinin əməkdaşları "RİA Novost"nin müxbiri ilə söhbətində "Çayxana"nın sahibini tanımadıqlarını, işçilərin əksəriyyətinin müəssisənin xidmətlərindən istifadə etmədiyini bildiriblər.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            324 27.03.24 15:31