"Gucci" satışları Çində kəskin azaldı, "Kering" 8 milyard dollar itirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

"Gucci" satışları Çində kəskin azaldı, "Kering" 8 milyard dollar itirdi

Fransız lüks qrupu "Kering"in flaqman "Gucci" brendinin satışları birinci rübdə çinli alıcılar arasında zəif tələbat səbəbindən təxminən 20% azalıb.

Qaynarinfo ticarət məlumatlarına istinadən xəbər verir ki, bu səsəbdən şirkətin səhmləri 17% azalaraq, 361,5 avroya düşüb.

Bakı vaxtı ilə saat 17.00-a olan məlumata görə, qiymətli kağızlar 367,8 avroya qədər enişini bir qədər bərpa edib. Yalnız bir ticarət günündə "Kering"in bazar dəyəri 7,2 milyard avrodan (7,9 milyard dollar) çox azalıb ki, bu da 1992-ci ildən bəri ən böyük gün enişdir.

"Kering"in baş direktoru Fransua-Henri Pinault "Gucci"nin gəlirindəki kəskin azalmanı Asiya-Sakit Okean regionunda gözləniləndən daha dərin satış azalması ilə əlaqələndirib. Moda evi bir neçə rübdür ki, qazancının təxminən 2/3-ni təşkil edən italyan brendini canlandırmaq üçün uğursuz cəhdlər edir. "

"Yves Saint Laurent" və "Balenciaga"nın sahibi olan "Kering"də ümumi satışların birinci rübdə təxminən 10% azalacağı proqnozlaşdırılır. Bu, xüsusilə də daşınmaz əmlak böhranı və məşğulluq problemləri səbəbindən istehlakçıların dəbdəbəli mallara xərclərini azaltdığı Çində lüks mallar bazarının soyuması ilə baş verir.

Keçən il təyin olunmuş yeni "Gucci" dizayneri Sabato De Sarno sələfi Alessandro Mişelin parlaq görünüşü ilə müqayisədə daha parlaq, daha minimalist estetika ilə ilk kolleksiyasını sentyabr ayında təqdim edib. Lakin onun işləri mağazalara yalnız fevral ayında gəlib və "Kering"ə görə yeni "Ancora" kolleksiyasının ilk əşyaları müştərilər tərəfindən müsbət qarşılanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 21.03.24 13:46