2023-cü il ən isti il olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:23 Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var  |     22:11 Lavrov: Qərblə hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir  |     22:03 Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO  |     21:57 Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb  |     21:45 Şirvanda 6 ev və obyektdən oğurluq edən şəxs saxlanılıb  |     21:42 Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:31 Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq  |     21:25 “Microsoft” “Windows 10”da bu versiyanı dəstəkləməyi dayandıracaq  |     21:17 Kiprdə ilk insanların nə vaxt məskunlaşdığını açıqlandı  |     21:12 Bazar gününə olan hava proqnozu  |     21:08 İndiyə qədər nə qədər ərazi mina və sursatlardan təmizlənib? - MN açıqladı  |     21:01 Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)  |     20:53 Mayın 22-dən 25-dək... - XƏBƏRDARLIQ  |     20:49 Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib  |     20:40 Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib  |     20:26 Pakistanda yol qəzası baş verib, 14 nəfər ölüb  |     20:20 BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir  |     20:13 Rusiya XİN: Fransanın dənizaşırı ərazilərdəki siyasəti dalana dirənib  |     20:04 Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb  |     19:59 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb  |    

2023-cü il ən isti il olub

2023-cü il hava və iqlim müşahidələri tarixində ən isti il olub.

“Report” xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Yer kürəsinin iqliminin vəziyyəti ilə bağlı illik hesabatında deyilir.

ÜMT 2023-cü ilin ən isti illər siyahısında birinci yeri tutacağı ilə bağlı ötən ilin noyabrında verdiyi proqnozunu təsdiqləyib.

“ÜMT-nin hesabatı təsdiqləyib ki, 2023-cü il tarixdə ən isti il olub. Yer səthində orta temperatur sənayedən əvvəlki ilkin göstəricilərdən 1,45 dərəcə yüksək olub. Bu, ümumiyyətlə tarixdə ən isti onillik dövrü olub”, - təşkilatdan bildirilib.

Hesabatda göstərilir ki, 2023-cü ildə iyundan dekabra qədər hər ay müvafiq ay üçün rekord istilik qeydə alınıb, iyul, avqust və sentyabr aylarında rekordlar xüsusilə böyük fərqlərlə qırılıb.

“Qlobal temperaturun uzunmüddətli yüksəlişi atmosferdə istixana qazlarının konsentrasiyasının artması ilə əlaqədardır”, - ÜMT-dən bildirilib. 2023-cü ildə Antarktikada dəniz buzunun həcmi rekord dərəcədə aşağı düşüb, belə ki, qışın sonunda onun maksimal sahəsi əvvəlki rekord ildən 1 milyon kv km az olub.

“Hələ heç vaxt, müvəqqəti də olsa, iqlim dəyişikliyi üzrə Paris sazişi ilə müəyyən edilmiş istiləşmənin 1,5 dərəcə aşağı həddinə bu qədər yaxın olmamışdıq. ÜTM dünyaya qırmızı siqnal xəbərdarlığı göndərir”, - ÜTM Baş Katibi Andrea Seleste Saulo deyib.

“İqlim dəyişikliyi yalnız yüksələn temperatur demək deyil. 2023-cü ildə gördüklərimiz - okeanların misli görünməmiş dərəcədə istiləşməsi, buzlaqların əriməsi və Antarktika dəniz buzunun itirilməsi xüsusilə narahatlıq doğurur”, - o deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            270 19.03.24 22:49