Mojo.az Banner
22:58 Jalə Əhmədovaya vəzfə verildi  |     22:50 Həyatdan tez bezən BÜRCLƏR  |     22:41 Avqustda 7 saniyəyə 40 milyondan çox insan öləcək? - NASA-dan AÇIQLAMA  |     22:34 Göyərtidən benzin, limondan balıq dadı gəlir  |     22:27 Bakıda restoranda hesaba görə dava düşdü  |     22:12 Bakı-Quba yolunda qəza - Xəsarət alanlar var  |     22:00 “Başın qaçmasın” sözünə görə binanın arxasına aparıb, bıçaqladı— TƏFƏRRÜAT  |     21:40 Dünya yeni mərhələyə keçir: Davosdan gələn geosiyasi mesajlar  |     21:30 Nazir onu vəzifəsindən azad etdi- FOTO  |     21:22 Şimali Koreyada İlk: Ölkə Liderinə Sui-qəsd  |     21:16 Qaz birdən kəsilir, birdən çox gəlir - Sumqayıtda təhlükəli vəziyyət  |     21:10 Yaponiya bayrağına bənzəyən yol nişanının mənası nədir?  |     21:01 1000-dən çox taksi sürücüsü imtahandan keçdi  |     20:54 Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü  |     20:47 Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi  |     20:40 Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar başlayıb - YENİLƏNİB  |     20:34 131 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib  |     20:26 Fevral ayı ilə bağlı xəbərdarlıq: Kəskin soyuqlar düşəcək, şaxta olacaq, qar yağacaq  |     20:19 Bir ay öncə ev verilən qazi vəfat etdi - Foto  |     20:12 Maqnit qasırğası olacaq  |    
Left Banner
Right Banner

Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb

09.03.2024 20:10 1 917
Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb
Çin İstehlak Qiymətləri İndeksi (CPI) fevral ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% artıb və ölkədə ötən ilin avqustundan bəri ilk dəfə olaraq yenidən inflyasiya tendensiyası yaranıb.

Bu barədə Dövlət Statistika İdarəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən ilin avqustunda ölkədə İstehlak Qiymətləri İndeksi 0,1 faiz bahalaşmışdı.

Oktyabrda indeks 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2%, noyabrda 0,5%, dekabrda 0,3%, yanvarda isə 0,8% azalıb. Fevralda qiymətlər yanvar ayı ilə müqayisədə 1% artıb.

Ötən ay ərzaq məhsullarının qiymətləri illik müqayisədə 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 1,1 faiz bahalaşıb, istehlak mallarının qiymətləri 0,1 faiz ucuzlaşıb, xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb.

Çin hökuməti 2024-cü ildə qiymətlərin 3% artacağını gözləyir.скачать dle 11.3