Kreml alman zabitlərinin səs yazısının yayılmasına münasibət bildirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

Kreml alman zabitlərinin səs yazısının yayılmasına münasibət bildirdi

Kreml alman zabitləri arasında Krım körpüsünə endirilən zərbələri müzakirə edən söhbətin audioyazısının məzmunu ilə tanış ola bilib və bununla bağlı Almaniyanın təşəbbüsü ilə aparılan auditin nəticələrini gözləyir.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Xatırladaq ki, martın 1-də "Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan Almaniya ordusunun yüksək rütbəli zabitləri arasında uzun mənzilli "Taurus” raketlərinin tədarükünü və Ukraynanın Krım körpüsünə potensial hücumunu müzakirə edən söhbətin stenoqramını dərc edib. Daha sonra o, təxminən 40 dəqiqə davam edən söhbətin audio yazısını da yayıb.

Almaniyanın əsas nəşrləri Der Spiegel və Berliner Zeitung yazır ki, səs yazısı çox güman, orijinaldır. Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Federal Hərbi Əks Kəşfiyyat İdarəsi (BAMAD) sızmanın yoxlanılması üçün "bütün lazımi tədbirlərə” başlayıb.

Almaniya kansleri Olaf Şolts mümkün sızıntını "çox ciddi məsələ" adlandırıb və "çox hərtərəfli, çox intensiv və çox sürətli" araşdırmaya söz verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dərc olunmuş söhbəti Qərb siyasətçilərinin "hay-küylü özünüifşası” və Almaniyada "müharibə partiyasının” güclü olduğuna dair sübut hesab edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            564 04.03.24 20:01