“SpaceX” şirkəti “Starship” Ay raketinin təkrar sınaq buraxılışına hazırlaşır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |     22:49 Vətən müharibəsi iştirakçısı vəfat etdi  |     22:38 Leyla Əfəndiyeva müğənni Albina Pyakşevanın sağ olduğunu açıqladı  |     21:08 "Formula-1" Britaniya Qran-prisinin təsnifat mərhələsinin sıralama turunun qalibi bəlli oldu  |     21:00 Türkiyədə məşhur jurnalist saxlanıldı  |     20:46 "Kəpəz" portuqaliyalı müdafiəçi transfer etdi  |     20:38 Məktəbəhazırlıq təhsili məcburi ola bilər? - RƏSMİ AÇIQLAMA  |     20:33 Türkiyədə zəlzələ olub  |     20:25 Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət cərimələnib  |     20:20 NASA əlverişli yaşayış temperaturuna malik yeni planet kəşf edib  |     20:11 Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür?  |     20:04 Naxçıvandan Bakıya müalicəyə gələnlərin sayı azalıb - Nazir  |     19:58 Britaniyada yeni koronavirus ştammı yayılıb  |     19:52 Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO  |     19:44 Narkozdan komaya düşən Ucar sakini 81 gün sonra ölüb  |     19:32 İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlı hərbiçisini məhv etdi  |     19:24 Serbiya DİN: İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb  |     19:09 TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı  |     18:51 Beyləqanda kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı  |    

“SpaceX” şirkəti “Starship” Ay raketinin təkrar sınaq buraxılışına hazırlaşır

Aya və Marsa insanlı missiyalar üçün yaradılmış superağır “Starship” raketinin orbital uçuşuna təkrar sınaq buraxılışının keçirilməsi noyabrın 17-nə planlaşdırılır.

Median.Az
 “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə raketi hazırlayan “SpaceX” şirkəti məlumat yayıb.

Raket buraxılışının “SpaceX”in Texas ştatının cənub-şərqindəki Boka Çikadakı buraxılış meydançasından baş tutacağı gözlənilir. Pilotsuz rejimdə uçuş bir saat yarım davam edəcək. Raket Yer ətrafında bir dövrə vuracaq. Ardından “Ship 24” gəmisi Sakit Okeanda, Havay adaları yaxınlığında idarə olunan suya düşməni həyata keçirəcək. Raketin birinci hissəsi Meksika körfəzinə düşməlidir.

Yenidən istifadə edilə bilən (çoxdəfəlik) raket sistemi “Ship 24” kosmik gəmisi və “Super Heavy” daşıyıcı aparatından ibarətdir. Onun hündürlüyü 120 metrə çatır. O, dünyada indiyə qədər hazırlanmış bütün digər raketlərdən daha hündürdür. “Super Heavy” daşıyıcısı NASA tərəfindən Aya insanlı uçuşlar üçün yaradılan “Space Launch System” (SLS) ağır raketindən iki dəfə güclüdür.

Xatırladaq ki, raketin aprel ayında həyata keçirilən ilk sınaq uçuşu uğursuzluqla başa çatıb. “Starship” superağır raketi birinci hissənin ayrılması zamanı dağılıb. Videogörüntülərə görə, raket buraxılışdan bir neçə dəqiqə sonra nəzarətsiz şəkildə fırlanmağa başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 101 13.11.23 22:16