Çinin Pekin şəhərində Şoudu Hava Limanı və Dasin Beynəlxalq Hava Limanı paytaxtda başlayan qum fırtınası səbəbindən 428 uçuşu təxirə salıb.
Bu barədə “PanPay” portalı məlumat yayıb.
Bildirilir ki, bu gün Şoudu Hava Limanında 1141 reys planlaşdırılıb, bunlardan 247-si ləğv edilib.
Dasin Hava Limanında 846 müntəzəm uçuş var ki, bunlardan 181-i ləğv olunub.
Qeyd edək ki, bazar ertəsi səhər Pekində qum fırtınası başlayıb.
Qum fırtınası tıxaclara da səbəb olub, şəhərdə görmə məsafəsi 1000 metri keçmir.
Toz fırtınası ilə əlaqədar sarı təhlükə səviyyəsi elan olunub, Pekin rəhbərliyi açıq havada tədbirləri ləğv etməyi və ehtiyac olmadığı təqdirdə çölə çıxmamağı tövsiyə edib.